ABŞ Nümayəndələr Palatası Trampın İrana qarşı hərbi əməliyyatlarını məhdudlaşdıran qətnaməni dəstəkləyib

1 Min Read

“The Hill” qəzetinin məlumatına görə, ABŞ Nümayəndələr Palatasının üzvləri çərşənbə günü Prezident Donald Trampın İrana qarşı hərbi əməliyyatlarını dayandırmağa yönəlmiş qətnaməni dəstəkləyiblər.

Səsvermənin nəticələrinə əsasən, qətnamənin lehinə 215, əleyhinə isə 208 konqresmen səs verib.

Dörd respublikaçı konqresmen – Tomas Massi, Brayan Fitspatrik, Tom Barrett və Uorren Devidson demokratlara qoşularaq qətnaməni dəstəkləyiblər.

“The Hill” nəşri qeyd edir ki, bu səsvermə İranla bağlı münaqişə ətrafında gedən siyasi mübarizədə mühüm irəliləyiş hesab olunur.

Nümayəndələr Palatasının üzvü Cared Haffman nəşrə açıqlamasında bildirib: “Bu, çox vacibdir. Biz Konqresin hər iki palatasının bu müharibəni qanunsuz elan etməsinə yaxınlaşırıq. Bu, çox böyük hadisədir. Onun (Trampın) etdiyi hərəkətlər getdikcə daha qəbuledilməz görünür”.

Çərşənbə günü keçirilən səsvermə qanunvericilərin Trampın İranla bağlı səlahiyyətlərini məhdudlaşdırmağa yönəlmiş dördüncü təşəbbüsü olub.

Qətnamə bundan sonra baxılması üçün Senata təqdim edilməlidir.

İzmedia.az

Loading

Bu xəbəri paylaş
Şərh edilməmiş