ABŞ-ın Yaxın Şərqdəki Mərkəzi Komandanlığı (CENTCOM) bildirib ki, dəniz blokadasının başlanmasından bəri ABŞ Hərbi Dəniz Qüvvələri İranla əlaqəli 127 ticarət gəmisini saxlayıb və ya marşrutunu dəyişməyə məcbur edib.
CENTCOM-un yaydığı bəyanatda qeyd olunur ki, iyunun 4-nə olan məlumata əsasən, ABŞ ordusu 127 ticarət gəmisinin istiqamətini dəyişib, altı gəmini müəyyən edilmiş qaydalara uyğun gəlmədiyi üçün istismardan çıxarıb və 36 humanitar yardım gəmisinin keçidinə icazə verib.
Komandanlıq vurğulayıb ki, ABŞ-ın İrana qarşı tətbiq etdiyi blokada dənizdə, havada və quruda fəaliyyət göstərən minlərlə amerikalı hərbi qulluqçu tərəfindən həyata keçirilir.
Bəyanatda bildirilir ki, blokada İran limanlarına və sahil zonalarına daxil olan və ya həmin ərazilərdən çıxan bütün ölkələrin gəmilərinə şamil edilir. Buraya Fars körfəzi və Oman körfəzində yerləşən bütün İran limanları da daxildir.
CENTCOM qeyd edib ki, sözügedən məhdudiyyətlər qüvvədə qalmaqda davam edir.
İzmedia.az
![]()

