ABŞ-da terrorçu Monte Melkonyana abidə ucaldırılır: Fresnoda tikinti işləri son mərhələyə keçib

1 Min Read
ABŞ-ın Kaliforniya ştatının Fresno şəhərində Qarabağda dinc azərbaycanlılara qarşı kütləvi qətliamların və terror əməllərinin təşkilatçılarından biri olan Monte Melkonyana ucaldılan abidənin tikintisi son mərhələyə daxil olub. Erməni mediasının məlumatına görə, şəhər meriyasından icazə alınaraq başlanılan layihə yerli erməni diasporunun maliyyə və texniki dəstəyi ilə həyata keçirilir. Qranitdən hazırlanan heykəlin bir ay ərzində tamamlanması və yaxın vaxtlarda açılış mərasiminin keçirilməsi planlaşdırılır.
Xatırladaq ki, ASALA terror təşkilatının keçmiş üzvü olan Monte Melkonyan 1990-cı illərin əvvəllərində Azərbaycan torpaqlarının işğalında, eləcə də Xocavənd və Xocalı istiqamətlərində mülki əhaliyə qarşı törədilən hərbi cinayətlərdə birbaşa iştirak edib. Azərbaycan ərazilərinin işğaldan azad edilməsindən sonra erməni terrorçusunun Xocavənddəki büstü və abidələri ləğv edilib. Xaricdəki erməni diasporunun bu tür qanidüşmən və terrorçu fiqurları “qəhrəman” kimi təbliğ etmək cəhdləri isə beynəlxalq müstəvidə ciddi narazılıq doğurmaqda davam edir.
İzmedia.az

Loading

Bu xəbəri paylaş
Şərh edilməmiş