İranın “Əsriran” qəzetinin məlumatına görə, ölkə parlamentinin bir qrup üzvü qitələrarası ballistik raketlərin (QBR) hazırlanmasına icazə verilməsi üçün İranın ali lideri Müctəba Xameneiyə müraciət edib.
Məlumata əsasən, petisiyanı Tehranla münaqişənin sülh yolu ilə həlli ilə bağlı danışıqlarda Vaşinqtonun mövqeyinə şübhə ilə yanaşan 85 qanunverici imzalayıb.
İsrailin “The Jerusalem Post” qəzeti yazır ki, ABŞ-nin Müharibə Tədqiqatları İnstitutunun (ISW) analitikləri bu müraciəti ABŞ ərazisinə çata biləcək raketlərin hazırlanmasına çağırış kimi qiymətləndiriblər.
İsrailin keçmiş milli təhlükəsizlik müşaviri Yaakov Amidror nəşrə bildirib ki, Vaşinqtonla danışıqlar nəticəsində əldə oluna biləcək əlverişli iqtisadi şərait Tehrana bu cür proqramların həyata keçirilməsi üçün lazım olan resursları təmin edə bilər.
Qəzetin məlumatına görə, müraciəti ABŞ ilə danışıqlara qarşı çıxan İranın keçmiş xarici işlər naziri Mənuçehr Mottaki də daxil olmaqla bir sıra sərt mövqeli iranlı siyasətçilər imzalayıblar.
İzmedia.az
![]()

