ABŞ-ın Kuba dövlət qurumları ilə əməkdaşlıq edən xarici şirkətlərə qarşı tətbiq etdiyi yeni sanksiyalar qüvvəyə mindikdən sonra bir sıra Avropa şirkətləri Kubadakı fəaliyyətlərini dayandırmağa başlayıb. Bu barədə Avropanın “Politico” qəzeti məlumat yayıb.
Nəşrin məlumatına görə, İspaniyanın “Iberostar” və “Melia” otel şəbəkələri adadakı bir sıra obyektlərin idarə olunmasından imtina edib. Fransanın “CMA CGM” və Almaniyanın “Hapag-Lloyd” şirkətləri isə Kuba limanlarına və limanlarından yükdaşımaları dayandırıb.
“Politico”nun qeyd etdiyi kimi, yeni məhdudiyyətlər Kuba konqlomeratı olan Grupo de Administración Empresarial SA (GAESA) ilə əməkdaşlıq edən şirkətlərə qarşı sanksiyaları da əhatə edir.
Bildirilir ki, aktivlərin dondurulması riski və ABŞ maliyyə sisteminə çıxışın məhdudlaşdırılması səbəbindən Avropa şirkətləri Kubadakı fəaliyyətlərini və iştiraklarını azaltmağa üstünlük verirlər.
İzmedia.az
![]()

