Tramp: Hanter Bayden 2028-ci il seçkilərində Demokratların namizədi ola bilər

1 Min Read

ABŞ Prezidenti Donald Tramp iyunun 4-də bildirib ki, ABŞ-ın keçmiş prezidenti Co Baydenin oğlu Hanter Bayden 2028-ci il prezident seçkilərində Demokratlar Partiyasının ilkin seçkilərində qalib gələ bilər.

Tramp Ağ Evdə keçirdiyi brifinq zamanı jurnalistlərin sualını cavablandırarkən bildirib:

“Deyərdim ki, Hanter bunu edə bilər”.

ABŞ prezidentinin sözlərinə görə, belə bir ssenari Demokratlar Partiyasından olan digər potensial namizədlərin dəstəyi fonunda mümkün görünür.

Tramp Hanter Baydenin mümkün namizədliyi ilə bağlı əlavə təfərrüatlar açıqlamayıb.

İzmedia.az

Loading

Bu xəbəri paylaş
Şərh edilməmiş