Finlandiya Prezidenti Aleksandr Stubb “Reuters”ə müsahibəsində bildirib ki, Rusiya-Ukrayna müharibəsinin soyuq havalar düşənədək başa çatması üçün heç bir əsas görünmür.
Stubb Ukraynanın qış mövsümündə hava hücumundan müdafiə sistemlərinə, enerji qurğularına və maliyyə dəstəyinə ehtiyacı olduğunu vurğulayıb. O, həmçinin İlon Maska müraciət edərək, Rusiyanın rakethücum vasitələrini zərərsizləşdirmək məqsədilə Ukraynanın “Starlink” peyk şəbəkəsindən Rusiya ərazisində də istifadə etməsinə icazə verməsini xahiş edib.
Finlandiya dövlət başçısı ABŞ-nin vasitəçiliyi ilə sülh danışıqlarının bərpasını müsbət qiymətləndirib və qeyd-şərtsiz atəşkəsin elan olunmasını, ardınca isə 30 kilometrlik bufer zonalarının yaradılmasını ən uyğun həll yollarından biri kimi təklif edib.
Eyni zamanda, Ukraynanın Energetika naziri Denis Şmıqal Rusiyanın qış aylarında ölkənin istilik, su təchizatı və enerji infrastrukturuna qarşı genişmiqyaslı hücumlar hazırladığını açıqlayıb.
İzmedia.az
![]()

