İslam İnqilabı Keşikçiləri Korpusu (İİKK) “Əl-Aləm” televiziyasına açıqlamasında İsrailin hərəkətlərinə cavab olaraq İranın iki İsrail hava bazasına zərbə endirdiyini bildirib.
Məlumata görə, hədəflər İsrailin cənubunda yerləşən Nevatim aviabazası və Tel-Əviv yaxınlığındakı Tel-Nof aviabazası olub.
İİKK vurğulayıb ki, həyata keçirilən əməliyyat İsrailin addımlarına cavab xarakteri daşıyır.
Qurum həmçinin bəyan edib ki, İran Silahlı Qüvvələri mümkün gələcək ssenarilərə hazırdır və düşmənin hər hansı addımına cavab vermək üçün müxtəlif planlar hazırlanıb.
İzmedia.az
![]()

