Danimarkada pensioner ölü balinanın üstünə çıxaraq selfi çəkdirdi

Nərmin
1 Min Read

izmedia.az xəbər verir ki, Danimarka sahillərində yaşlı bir kişi sahilə çıxmış ölü qozbel balinanın üzərinə qalxaraq şəkil çəkdirib.

Hadisə Anholt adası yaxınlığında qeydə alınıb. “Timmi” ləqəbli balinanın cəsədi sahildə olduğu vaxt ətrafdakılar onun yanında şəkil çəkdirməklə kifayətlənsə də, pensioner balinanın üzərinə çıxmağa qərar verib.

Kişi bu addımı həyatında fərqli bir hiss yaşamaq istəyi ilə etdiyini bildirib. Ona bunun hörmətsizlik olub-olmaması ilə bağlı verilən suala isə “Bu ölü heyvandır, müqəddəs deyil” cavabını verib.

Dəniz bioloqları isə xəbərdarlıq ediblər ki, çürüməkdə olan balina cəsədlərində qaz toplanması səbəbindən partlayış riski yarana bilər. Bundan əlavə, ölü heyvanla təmas təhlükəli infeksiyalara yoluxma riski daşıyır.

Hadisədən sonra yerli hakimiyyət orqanları sakin və turistlərə balinanın qalıqlarına yaxınlaşmamağa çağırış edib.

Loading

Bu xəbəri paylaş
Şərh edilməmiş