Ermənistanın Baş naziri Nikol Paşinyan iyunun 8-də Milli Məclisin Dövlət-Hüquq Məsələləri Daimi Komitəsinin iclasında Korrupsiyanın Qarşısının Alınması Komitəsinin 2025-ci il üzrə fəaliyyət hesabatının müzakirəsi zamanı bildirib ki, Ermənistan yaxın vaxtlarda Azərbaycanla sülh sazişi bağlamağı hədəfləyir.
Baş nazir qeyd edib ki, “Biz bu istiqamətdə işləyəcəyik”.
Paşinyan həmçinin vurğulayıb ki, TRIPP-in ratifikasiya prosesinə tezliklə başlanılmalıdır.
Hökumət başçısının sözlərinə görə, Ermənistanın “Sülh yollarının kəsişməsi”nə çevrilməsi ölkə üçün həqiqətən də oyunu dəyişdirə biləcək layihədir.
İzmedia.az
![]()

