Husilər Təl-Əvivə raket zərbələri endirdiklərini və Qırmızı dənizdə İsrailə dəniz blokadası tətbiq etdiklərini açıqlayıblar

1 Min Read

 

Yəmənin Ənsar Allah (Husi) hərəkatının nümayəndələri Təl-Əviv bölgəsindəki hədəflərə raket zərbələri endirdiklərini və İsrail gəmilərinin Qırmızı dənizdən keçməsinə tam qadağa qoyulduğunu bəyan ediblər.

“Yəmən Silahlı Qüvvələri işğal olunmuş Yaffa ərazisində (Təl-Əviv nəzərdə tutulur) İsrail düşməninin mühüm hədəflərinə raket zərbələri endirib. Raketlər hədəfləri dəqiq vurub”, – deyə açıqlamada bildirilib.

Bundan əlavə, hərəkat nümayəndələri Qırmızı dənizdə İsrailə qarşı tam dəniz blokadası elan etdiklərini açıqlayıblar. Onların sözlərinə görə, bundan sonra həmin akvatoriyada İsraillə əlaqəli istənilən fəaliyyət hərbi hədəf hesab olunacaq.

İzmedia.az

Loading

Bu xəbəri paylaş
Şərh edilməmiş