“Real Madrid” Maykl Oliseni transfer etmək istəyir, “Bavariya”dan sərt cavab gəldi

1 Min Read

 

İspaniyanın “Real Madrid” klubu “Bavariya”nın hücumçusu Maykl Olise ilə maraqlanır.

“Sky Sport”un məlumatına görə, Madrid təmsilçisinin prezidenti Florentino Peres fransalı futbolçunun transferi üçün 150 milyon avro təklif etməyə hazırdır. Bildirilir ki, Almaniya klubu bu təklifi qəbul etməyəcəyi təqdirdə, “Real Madrid” diqqətini şəhər rəqibi “Atletiko Madrid”in hücumçusu Xulian Alvaresə yönəldə bilər.

Lakin Münhen klubundan bu iddialara sərt reaksiya verilib.

“Bavariya”nın prezidenti Herbert Hayner azarkeşlərlə görüş zamanı Maykl Olisenin klubun uzunmüddətli planlarının bir hissəsi olduğunu vurğulayıb.

“Maykl Olise “Bavariya”nın futbolçusudur və bizimlə uzunmüddətli müqaviləsi var. Biz futbolçularını satan klub deyilik. Əgər Florentino Peres bizə təklif göndərmək istəyirsə, bu günə qədər belə bir müraciət olmayıb. O, özünü bu zəhmətdən xilas edə bilər”, – deyə Hayner bildirib.

Beləliklə, “Bavariya” rəhbərliyi fransalı ulduzun transferi ilə bağlı yayılan xəbərlərə qapını bağlayaraq futbolçunu satmaq niyyətində olmadığını açıq şəkildə bəyan edib.

İzmedia.az

Loading

Bu xəbəri paylaş
Şərh edilməmiş