Meksika Prezidenti Klaudiya Şeynbaum və Braziliya Prezidenti Luiz İnasio Lula da Silva Kubadakı humanitar vəziyyətlə bağlı narahatlıqlarını ifadə edərək ABŞ-ı ölkəyə qarşı tətbiq olunan embarqonu ləğv etməyə çağırıblar.
Meksika Xarici İşlər Nazirliyinin məlumatına görə, liderlər videokonfrans formatında keçirilən görüş zamanı Kubadakı böhranın aradan qaldırılması üçün embarqonun qaldırılmasının vacibliyini vurğulayıblar.
Tərəflər həmçinin enerji sahəsində əməkdaşlığı, o cümlədən Meksikanın Pemex və Braziliyanın Petrobras dövlət şirkətləri arasında mümkün əməkdaşlığı müzakirə ediblər.
Bundan başqa, Meksika və Braziliya ticarət sahəsində hüquqi bazanın yenilənməsi barədə razılığa gəlib, dövlətlərin daxili işlərinə qarışmamaq prinsipinə sadiqliklərini təsdiqləyib və BMT Baş katibi vəzifəsinə Çilinin keçmiş prezidenti Mişel Baçeletin namizədliyini dəstəklədiklərini açıqlayıblar.
İzmedia.az
![]()

