Bill Geyts Ceffri Epşteynlə bağlı iddialara münasibət bildirib

1 Min Read

CNN-in məlumatına görə, Microsoft-un həmtəsisçisi Bill Geyts Nümayəndələr Palatasının Nəzarət Komitəsinə bildirib ki, maliyyəçi Ceffri Epşteynin cinayət fəaliyyəti barədə məlumatı olmayıb.

Geyts qeyd edib ki, o, Epşteynin adasında, rançosunda və ya Floridadakı evində olmayıb və onun hər hansı cinayət fəaliyyəti ilə məşğul olduğunun şahidi olmayıb.

Onun sözlərinə görə, Epşteynlə tanışlığı 2011-ci ildə baş tutub və əlaqələr əsasən qlobal səhiyyə layihələrinin müzakirəsi ilə bağlı olub. Geyts bildirib ki, bu əlaqələr məhdud xarakter daşıyıb və 2014-cü ildə tamamilə dayandırılıb.

Bill Geyts sonradan Epşteynlə əlaqələrinin səhv olduğunu anladığını vurğulayıb və iş üzrə bütün materialların ictimaiyyətə açıqlanmasını dəstəklədiyini bildirib.

İzmedia.az

Loading

Bu xəbəri paylaş
Şərh edilməmiş