ABŞ-ın İranın qərbinə endirdiyi zərbələr nəticəsində İİKK-nin 4 hərbçisi həlak olub

1 Min Read
“Tasnim” xəbər agentliyinin İran İslam İnqilabı Keşikçiləri Korpusunun (İİKK) Kirmanşah əyaləti üzrə İctimaiyyətlə Əlaqələr Şöbəsinə istinadən verdiyi məlumata görə, Birləşmiş Ştatlar ordusunun İranın qərb bölgələrinə təşkil etdiyi hava zərbələri nəticəsində İİKK-nin 4 hərbçisi həlak olub.
Açıqlamada qeyd olunur ki, hava hücumu Kirmanşah əyaləti ərazisindəki hərbi obyektləri hədəf alıb və həyatını itirənlər İİKK-nin Aerokosmik Qüvvələrinin xidmətçiləridir.
Xatırladaq ki, çərşənbə axşamı ABŞ Silahlı Qüvvələri İran ərazisindəki strateji hərbi obyektlərə növbəti genişmiqyaslı zərbələr dalğası həyata keçirib. ABŞ Mərkəzi Komandanlığının (CENTCOM) yaydığı rəsmi bəyanata əsasən, əməliyyatların əsas hədəfləri İİKK-yə ait hava hücumundan müdafiə (HHM) sistemləri, radar stansiyaları, dəniz qüvvələrinin bazaları və komanda-rabitə mərkəzləri olub.
Öz növbəsində, İran tərəfi hücumlara cavab olaraq Yaxın Şərqin bir neçə ölkəsində yerləşən Amerika hərbi bazalarına və obyektlərinə raket və pilotsuz uçuş aparatları (PUA) ilə adekvat zərbələr endirdiyini bildirib.
İzmedia.az

Loading

Bu xəbəri paylaş
Şərh edilməmiş