Tramp impiçment qərarlarının simvolik ləğvini istəyir

1 Min Read

ABŞ Prezidenti Donald Trump və yaxın çevrəsi Konqresi onun ilk prezidentlik dövründə baş vermiş iki impiçment prosesini simvolik olaraq ləğv etmək üçün qətnamə qəbul etməyə razı salmağa çalışır. Bu barədə “The Wall Street Journal” mənbələrə istinadən məlumat yayıb.

Tramp ABŞ tarixində iki dəfə impiçment edilən ilk prezidentdir. Hər iki proses 2019 və 2021-ci illərdə baş verib. Nümayəndələr Palatası tərəfindən təsdiqlənsə də, Senatda rədd olunub.

Məlumata görə, aprel ayında Respublikaçı konqresmen Darrell Issa hər iki impiçmentin ləğvi ilə bağlı qətnamə təqdim edib. Təşəbbüsə 23 Respublikaçı dəstək verib.

Nümayəndələr Palatasının spikeri Mike Johnson bildirib ki, məsələ Tramp və onun müşavirləri ilə müzakirə olunsa da, bu, Respublikaçılar üçün əsas prioritetlərdən biri deyil.

Qeyd olunur ki, qətnamə qəbul olunsa belə, bu, Tramp üçün yalnız simvolik xarakter daşıyacaq və hüquqi qüvvəyə malik olmayacaq.

İzmedia.az

Loading

Bu xəbəri paylaş
Şərh edilməmiş