ABŞ İrana dondurulmuş aktivlərin dərhal qaytarılması iddialarını təkzib edib

1 Min Read

CNN-in məlumatına görə, ABŞ Vaşinqton və Tehran arasında anlaşma memorandumunun imzalanmasından dərhal sonra dondurulmuş İran aktivlərinin qaytarılacağı ilə bağlı xəbərləri təkzib edib.

Məlumatlı amerikalı rəsmi bildirib ki, vəsaitlərin açılması yalnız İranın üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməsindən sonra mümkün olacaq. Onun sözlərinə görə, razılaşma mərhələli şəkildə icra ediləcək.

Financial Times isə mənbələrə istinadən yazır ki, İrana qarşı sanksiyaların yumşaldılması və aktivlərin dondurulmasının ləğvi Tehranın nüvə proqramı üzrə əldə edəcəyi irəliləyişdən asılı olacaq.

Məlumata əsasən, ABŞ 60 günlük atəşkəs müddətində İrana neft satışına icazə verə bilər.

Bundan əvvəl Mehr News Agency bildirmişdi ki, memorandum layihəsində yekun 60 günlük danışıqlar çərçivəsində İranın dondurulmuş 24 milyard dollarlıq aktivlərinin açılması nəzərdə tutulur. Mənbənin iddiasına görə, həmin məbləğin yarısı danışıqlar başlamazdan əvvəl Tehrana köçürülməli idi.

İzmedia.az

Loading

Bu xəbəri paylaş
Şərh edilməmiş