“Daily Star” qəzetinin ailəsinə istinadən verdiyi məlumata görə, əfsanəvi britaniyalı televiziya aparıcısı və araşdırmaçı jurnalist Roger Cook qısa sürən xəstəlikdən sonra vəfat edib.
Məlumata görə, ölüm hadisəsi iyunun 13-də baş verib.
Ailəsinin yaydığı bəyanatda bildirilib ki, Rocer Kuk jurnalistikadakı uğurlu və mükafatlı karyerası ilə yanaşı, sevən ər və ata kimi də yadda qalıb.
83 yaşlı jurnalist 50 ildən çox televiziya sahəsində fəaliyyət göstərib və cinayətkarlıq, korrupsiya, eləcə də ədalətsizlik hallarını ifşa edən araşdırmaları ilə tanınıb. O, karyerası boyunca çəkilişlər və müsahibələr zamanı dəfələrlə hücuma məruz qalıb və bu səbəbdən “Britaniyanın ən çox döyülən jurnalisti” kimi tanınıb.
ITV telekanalı Rocer Kuku Britaniya jurnalistikasının ən hörmətli simalarından biri adlandıraraq, onun araşdırma jurnalistikasının inkişafına və qanunvericilik dəyişikliklərinə mühüm töhfə verdiyini vurğulayıb.
İzmedia.az
![]()

