Xorvatiya milli basketbol komandasının kapitanı Dario Šarić NBA karyerasını başa vuraraq Avropaya qayıtmağa hazırlaşır.
Şariç 2016-cı ildən NBA-də çıxış edib və bu müddətdə yeddi fərqli komandada oynayıb. O, ümumilikdə təxminən 500 oyunda orta hesabla 10,3 xal və 5,3 ribaund göstəricisinə sahib olub.
Məlumata görə, onun Avropaya dönüşü agenti Miško Ražnatovićin sosial şəbəkədə paylaşdığı sirli mesajdan sonra gündəmə gəlib.
Medianın iddialarına əsasən, Şariçin növbəti ünvanı Türkiyənin Anadolu Efes S.K. klubu ola bilər. O, 10 il əvvəl məhz bu komandadan NBA-yə transfer olunmuşdu.
Şariç son mövsümdə Detroit Pistons heyətində ciddi oyun praktikası qazanmayıb və fevral ayından bəri azad agent statusundadır.
NBA karyerası ərzində o, Philadelphia 76ers, Minnesota Timberwolves, Phoenix Suns, Oklahoma City Thunder, Golden State Warriors, Denver Nuggets və digər klublarda çıxış edib.
İzmedia.az
![]()

