Pakistanda qatar qəzası: Multan yaxınlığında “Rahman Baba Express” relsdən çıxıb, azı 4 nəfər həlak olub

1 Min Read
Pakistanın Pəncab əyalətinin Multan şəhəri yaxınlığında, Şer Şah körpüsü ərazisində “Rahman Baba Express” sərnişin qatarının dərəyə doğru relsdən çıxması nəticəsində azı 4 nəfər həlak olub, 30-dan çox insan isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Lisenziyalı mənbələrin və “Dawn” qəzetinin yerli hüquq-mühafizə orqanlarına istinadən verdiyi məlumata görə, cənub liman şəhəri Karaçidən şimal-qərbdə yerləşən Peşəvərə doğru hərəkət edən qatarın tərkibindəki bütün 14 vaqon relsdən çıxıb.
Hadisə zamanı təxminən 500 nəfər sərnişin daşıyan və saatda 100 kilometr sürətlə hərəkət edən qatarın qəzaya uğramasından dərhal sonra əraziyə xilasetmə və təcili tibbi yardım brıqadaları cəlb edilib. Yaralılar yaxınlıqdakı Niştar Xəstəxanasına təxliyə olunaraq zəruri tibbi yardımla təmin ediliblər. Ölkə rəhbərliyi qəza yerində xilasetmə işlərinin sürətləndirilməsini və fəlakətin yaranma səbəblərinin araşdırılması üçün xüsusi komissiyanın yaradılmasını tapşırıb.
İzmedia.az

Loading

Bu xəbəri paylaş
Şərh edilməmiş