Hizbullah ABŞ-Livan danışıqlarına qarşı çıxıb

1 Min Read

Əl-Cəzirənin məlumatına görə, Hizbullah hərəkatı Livan hökuməti ilə ABŞ arasında birbaşa danışıqlara etiraz edib.

Hərəkat bəyan edib ki, bu cür danışıqlar Livanın suverenliyinə xələl gətirə və İsrailin maraqlarına xidmət edə bilər.

Bəyanatda iddia olunur ki, Vaşinqtonda Livan nümayəndə heyətindən ABŞ-ın tələblərini qəbul etmələri və Beyrutun İsraillə münasibətləri normallaşdıran tərəflərlə birləşdirilməsi istənilib.

Hizbullah hesab edir ki, bu proses Livanın maraqlarına xidmət etmir və əksinə, ölkəni siyasi güzəştlərə məcbur edə bilər. Hərəkat həmçinin hökumətin bu prosesdə iştirakının ölkənin sabitliyi və müstəqilliyi üçün əlavə risklər yaratdığını bildirib.

İzmedia.az

Loading

Bu xəbəri paylaş
Şərh edilməmiş