Yeni Zelandiya Ukraynaya əlavə 3 milyon dollarlıq humanitar yardım göstərəcək

1 Min Read

Ukraynanın xarici işlər naziri Andrey Sibiqa X sosial şəbəkəsində Yeni Zelandiya Ukraynaya əlavə 3 milyon dollar humanitar yardım göstərəcəyini açıqlayıb.

“Ukraynanın humanitar ehtiyaclarına kömək etmək üçün əlavə 3 milyon dollar ayırdığını elan etdikləri üçün Yeni Zelandiyaya və həmkarım Uinston Petersə minnətdaram. Rusiyanın mülki əhaliyə və vacib infrastruktura qarşı qəddar hücumlara davam etdiyi bir vaxtda xalqımızın dözümlülüyünə verdiyi bu töhfəni yüksək qiymətləndiririk. Yeni Zelandiyanın Ukrayna və Ukrayna xalqı ilə prinsipial həmrəyliyinə görə dərin minnətdarlığımızı bildiririk”, – deyə Sibiga yazıb.

İzmedia.az

Loading

Bu xəbəri paylaş
Şərh edilməmiş