Tramp: İran danışıqları davam etdirsə, bu daha ağıllı addım olar

1 Min Read

ABŞ Prezidenti Donald Trump Pennsylvania ştatındakı Mack Trucks zavoduna səfəri zamanı Iranla bağlı açıqlamalar verib.

Associated Pressin məlumatına görə, bu səfər Vaşinqtondan kənarda İranla müharibəyə son qoymaq üçün əldə olunan müvəqqəti razılaşmadan sonra Trampın ilk böyük ictimai çıxışı olub.

Tramp bildirib ki, Tehran danışıqları davam etdirməklə düzgün qərar verə bilər. O xəbərdarlıq edib ki, əks halda ABŞ məsələyə hərbi yolla müdaxilə edə bilər və bunun bir həftədən az çəkəcəyini iddia edib.

ABŞ lideri həmçinin vurğulayıb ki, Vaşinqtonun İrana qarşı siyasəti effektiv olub və gərginlik nəzarət altına alınıb. O əlavə edib ki, ABŞ və müttəfiqləri İranın nüvə silahı əldə etməsinə imkan verməyəcək.

Çıxış zamanı Tramp həm də ABŞ sənayesi, daxili siyasət və qarşıdan gələn ara seçkilərlə bağlı fikirlərini bölüşüb.

İzmedia.az

Loading

Bu xəbəri paylaş
Şərh edilməmiş