J.D. Vance bildirib ki, Amerika Birləşmiş Ştatları administrasiyası Türkiyəyə F-35 Lightning II qırıcılarının təhvil verilməsi imkanını nəzərdən keçirir və bu məsələ ilə bağlı Konqreslə işləyir.
Vansın sözlərinə görə, Pit Heqset və komandası hazırda bu məsələni araşdırır. Məqsəd Amerika qanunvericiliyinin tələblərinə uyğunluğu təmin etmək üçün bəzi məqamları aydınlaşdırmaqdır.
O qeyd edib ki, bu, əsasən Konqresin səlahiyyətində olan məsələdir və Türkiyənin F-35 təyyarələrini ala bilməsi üçün ABŞ qanunlarının şərtlərinə cavab verib-vermədiyi qiymətləndirilir.
Məsələ ilə bağlı Donald Trump da açıqlama verərək, proses üzərində işləyəcəklərini bildirib.
İzmedia.az
![]()

