Joze Mourinyo 2026/27 mövsümü üçün Real Madridin heyətinin formalaşdırılmasını davam etdirir.
Məlumata görə, klub artıq yeni baş məşqçi üçün dörd transferi – Mark Kukurelya, Bernardu Silva, İbrahima Konate və Denzel Damfrisi heyətə qatıb. İndi isə rəhbərlik daha iki transfer üçün heyətdə yer açmaq məqsədilə oyunçu satışlarına fokuslanıb.
İspaniyanın Marca nəşrinin məlumatına görə, Mourinyo mərkəz müdafiəçisi və Luka Modriç tipli oyun qurucu yarımmüdafiəçi istəyir.
Yarımmüdafiə üçün əsas namizədlər arasında Enzo Fernandes və Mateus Fernandes var. Enzo Fernandesin transferinin 100 milyon avrodan baha başa gələcəyi bildirilir. Mateus Fernandesə isə Mançester Yunayted və Tottenhem maraq göstərir.
Alternativ variant kimi Əyyub Buədi də siyahıya daxil edilib. Onun transfer dəyərinin təxminən 60 milyon avro olduğu qeyd olunur.
Müdafiə xətti üçün isə Mourinyonun əsas seçimləri Alessandro Bastoni və Niko Şlotterbekdir. Klub bu transferlər üçün Raul Asensio, Dani Sebalyos və Fran Qarsiya ilə yolları ayıra bilər.
Bundan əlavə, Mourinyo klassik mərkəz hücumçusu transferinə də qarşı deyil. O hesab edir ki, komandada Xoselu tipli oyunçu çatışmır. Lakin hücumçu transferi hazırda prioritet sayılmır.
Mourinyo mövsümöncəsi hazırlıqda gənclər Qonzalo Qarsiya və Franko Mastantuononu da yaxından yoxlamağı planlaşdırır.
İzmedia.az
![]()

