Yaponiyanın NYK Line gəmiçilik şirkətinin rəhbəri Takaya Soga bildirib ki, Hörmüz boğazının minalardan təmizlənməsi səbəbindən bölgədə gəmiçiliyin müharibədən əvvəlki səviyyəyə qayıtması aylarla vaxt ala bilər.
O, Financial Times qəzetinə müsahibəsində qeyd edib ki, İran və ABŞ arasında atəşkəs qüvvədə olsa da, boğazda hərəkət imkanları hələ də ciddi şəkildə məhduddur.
Soqanın sözlərinə görə, hazırda gəmilər yalnız İranın Larak adası yaxınlığından və Oman sahilləri boyunca keçə bilir.
Məlumata görə, Hörmüz boğazında 80-ə qədər mina qalması ehtimal olunur.
NYK Line rəhbəri vurğulayıb ki, marşrutlar tam açıq olsa belə, daşınma həcmi bir müddət normal səviyyənin yarısından az olacaq.
Qeyd edək ki, iyunun ortalarında İran və ABŞ arasında hərbi əməliyyatların dayandırılması ilə bağlı memorandum imzalanıb və İsveçrədə texniki danışıqların ilk mərhələsi keçirilib.
İzmedia.az
![]()

