Moldovanın Baş naziri Aleksandr Muntyanu öz prinsiplərinə və inanclarına uyğun işləyə bilmədiyi üçün istefa verdiyini açıqlayıb.
Munteanu Facebook səhifəsində yazıb: “Bu gün Baş nazir vəzifəmi bitirirəm. Artıq prinsiplərimə və inanclarıma uyğun olaraq mandatımı yerinə yetirə bilməyəcəyimi anladığım anda istefa vermək qərarına gəldim”.
O, həmkarlarına təşəkkür etdi və “tutduğu vəzifədən, yaşayış yerindən və ya yerinə yetirdiyi vəzifələrdən asılı olmayaraq, istər dövlət, istərsə də özəl sektorda” ölkəyə xidmət etməyə davam edəcəyinə əminlik bildirdi.
Aleksandru Muntyanu 2025-ci ilin oktyabrında baş nazir vəzifəsinə təsdiq edilib.
İzmedia.az
![]()

