Kaliforniyanın sahil şəhəri olan Nyuport Biçdə Müstəqillik Günü şənlikləri zamanı həbs olunanların sayı 400-ü keçib. Bu barədə “Los Angeles Times” (LA Times) qəzeti iyulun 5-də yerli hüquq-mühafizə orqanlarına istinadən məlumat yayıb.
Mətndə deyilir ki, “Nyuport Biçdə Müstəqillik Günü qeyd etməsi xaosa çevrilib və nəticədə yerli hüquq-mühafizə orqanları 400-dən çox insanı həbs edib”.
Qeyd olunur ki, 4 iyul şənbə axşamı kütləvi iğtişaşlar barədə məlumatlar səbəbindən Nyuport yarımadasına polis göndərilib: böyük izdiham atəşfəşanlıq təşkil edir və döyüşlərdə iştirak edirdi. Şahidlər baş verənləri “tam xaos” adlandırıblar. Onların sözlərinə görə, atəşfəşanlıq hər tərəfdən təşkil olunurdu. Həmçinin, yetkinlik yaşına çatmayanların spirtli içkilər içdiyi və müəssisə işçilərinə qışqırdığı bildirilib.
Məlumata görə, yerli könüllülər ertəsi gün çimərliyi və küçələri təmizləmək üçün çıxıblar. Şəhər qanun pozuntularına qarşı sıfır dözümlülük nümayiş etdirərək “Nyuporta yox” kampaniyasına başlayıb. Bundan əlavə, kirayəçiləri qanunları pozan ev sahibləri üçün qısamüddətli icarə icazələrinin ləğvi qaydası müəyyən edilib.
Nəşrin mətninə görə, bir polis məmuruna minaatan mərmisi atıldıqdan sonra həyati təhlükəsi olmayan xəsarətlər alıb. Həbs olunanların çoxu yetkinlik yaşına çatmayanlar və digər bölgələrdən olan insanlar olub.
![]()

