Tramp İrana yeni zərbələr barədə: bu, dünən gəmilərin bombalanmasına görə qisasdır

1 Min Read

ABŞ Prezidenti Donald Tramp Truth sosial şəbəkəsində ABŞ ordusunun İran ərazisinə endirdiyi zərbələri şərh edərkən yazıb ki, bu, İranın dünən gəmiləri bombalamasına görə qisasdır.

“Əgər bu, yenidən baş verərsə, vəziyyət daha da pisləşəcək”, – deyə o əlavə edib.

Tramp paylaşımına Çabahar limanında baş verən güclü partlayışın fotosunu əlavə edib.

İran mediası daha əvvəl İranda bir neçə partlayışın baş verdiyini bildirmişdi.

ABŞ Mərkəzi Komandanlığı zərbələrin Donald Trampın göstərişi ilə həyata keçirildiyini təsdiqləyib.

İzmedia.az

Loading

Bu xəbəri paylaş
Şərh edilməmiş