WSJ: Qlobal yanacaq böhranı artıq reallığa çevrilib

1 Min Read
“The Wall Street Journal” qəzetinin verdiyi məlumata görə, Hörmüz boğazının uzun müddət qapalı qalması və qlobal yanacaq tədarükünün kəskin azalması nəticəsində dünya neft bazarında gözlənilən böhran artıq başlayıb. Amerika neft şirkətləri aylardır xəbərdarlıq etdikləri ssenarinin gerçəkləşdiyini bəyan edirlər.
Nəşr yazır ki, altı aydan çoxdur davam edən təchizat problemləri fonunda qlobal kommersiya yanacaq ehtiyatları kəskin şəkildə azalıb, dövlətlərin strateji rezerv imkanları isə tükənmək üzrədir. Səudiyyə Ərəbistanındakı ana neft boru kəmərinin zədələnməsi və gündəlik 2,5 milyon barel neftin bazardan kənarda qalması vəziyyəti daha da ağırlaşdırıb.
“Chevron” şirkətinin baş direktoru Mayk Virt təchizat zəncirindəki fasilələri kompensasiya edən mexanizmlərin bitdiyini və yaxın zamanlarda neft qiymətlərinin aşağı düşməsinin real görünmədiyini bildirib.
Böhran fonunda ABŞ-da dizel yanacağının bir qallonu rekord 6,23 dollara (litri təxminən 1,64 dollar), benzin isə 4,32 dollara (litri təxminən 1,14 dollar) yüksəlib. Bununla belə, Ağ Ev administrasiyası bazardakı bu kəsirləri müvəqqəti hal kimi dəyərləndirir.
İzmedia.az

Loading

Bu xəbəri paylaş
Şərh edilməmiş