“The Washington Post” qəzetinin məlumatlı mənbələrə istinadən verdiyi xəbərə görə, ABŞ Prezidenti Donald Tramp 2028-ci il prezident seçkilərində vitse-prezident J.D. Vensi özünün siyasi varisi kimi dəstəkləməyə meyllidir.
Nəşr bildirir ki, təxminən iki həftə əvvəl Oval Ofisdə donorlarla keçirilən qapalı görüşdə Tramp **”Nəticə etibarilə biz J.D.-ni seçməliyik”** ifadəsini işlədib. Bununla belə, mənbələr vurğulayır ki, dövlət başçısı vitse-prezident J.D. Vens ilə hazırda Dövlət katibi vəzifəsini tutan Marko Rubio arasında rəsmi və son seçimini hələ etməyib.
Hazırda J.D. Vens Respublikaçılar Partiyasından prezidentliyə namizədlik üçün fazonit hesab olunsa da, Marko Rubio da milli rəy sorğularında və svinq (tərəddüd edən) ştatlardakı reytinqlərdə mövqeyini əhəmiyyətli dərəcədə möhkəmləndirib. Trampın siyasi komandasının nümayəndələrindən biri vəziyyəti belə dəyərləndirib:
Prezidentin müşavirlərinin fikrincə, Trampın hansısa namizədi rəsmən dəstəkləmək haqqında yekun qərarı ləngimə bilər. Ağ Ev rəhbəri partiya üzərindəki şəxsi təsirini mümkün qədər uzun müddət saxlamaq niyyətindədir və siyasi diqqət mərkəzini erkən mərhələdə potenasial varisə ötürmək istəmir.
2028-ci ildə Respublikaçılara liderlik etmək uğrunda mübarizə hələ ilkin mərhələdə olsa da, Vens ilə Rubio arasındakı rəqabət artıq partiya daxilindəki əsas siyasi intriqaya çevrilib.
İzmedia.az
![]()

