“Bloomberg” agentliyinin məlumatlı mənbələrə istinadən verdiyi xəbərə görə, ABŞ Müdafiə Nazirliyi pilotsuz uçuş aparatları ilə (PAO) mübarizə üçün nəzərdə tutulmuş “Locust” lazer komplekslərinin tədarükü üzrə “AeroVironment” şirkəti ilə ilk iri müqaviləni imzalayıb. Sazişin ümumi dəyəri 400 milyon dollar təşkil edir.
Pentaqon müasir hərbi münaqişələrdə dron təhdidlərinin kəskin artmasını nəzərə alaraq hava hücumundan müdafiə imkanlarını gücləndirmək üçün onlarla belə qurğu əldə etməyi planlaşdırır. Satınalma qərarı sistemin sınaqları və ilkin istifadəsi zamanı baş verən insidentə baxmayaraq qəbul edilib.
Xatırladaq ki, bu ilin yanvar ayında ABŞ Müdafiə Naziri Pit Heqset (Pete Hegseth) “Locust” kompleksinin Texas ştatının Fort Bliss bazasında istifadə olunması üçün ABŞ Gömrük və Sərhəd Mühafizəsinə təhvil verilməsini təsdiqləmişdi. Fevral ayında isə sərhədçilər tərəfindən tətbiq edilən lazer silahı narkotik qaçaqmalçılarının dronları ilə səhv salınan bir neçə hava şarını məhv etmişdi. Bu hadisədən sonra El Paso və Nyu-Meksiko ştatının cənub hava məkanı müvəqqəti olaraq uçuşlara bağlanmışdı.
İzmedia.az
![]()

