Aleksandr Vuçiç sentyabrın sonunda istefa verəcəyini açıqlayıb

1 Min Read
2017-ci ildən Serbiya Prezidenti vəzifəsini tutan Aleksandr Vuçiç sentyabrın 25-i və ya 26-da istefa verəcəyini bəyan edib. O, Nyu-Yorkda BMT Baş Assambleyasındakı çıxışından dərhal sonra vəzifəsindən ayrılacağını və növbədənkənar parlament seçkiləri kampaniyasına sıravi vətəndaş kimi qatılacağını bildirib.
Siyasətçinin ikinci prezidentlik müddəti 2027-ci ildə başa çatsa davə Konstitusiya ona üçüncü müddətə namizədliyini irəli sürməyə icazə verməsə də, o, sentyabrın 9-da parlamenti buraxaraq növbədənkənar seçkiləri 25 oktyabr tarixinə təyin edib. Hakim Serbiya Tərəqqi Partiyası (SNS) qələbə qazanacağı təqdirdə Vuçiçin baş nazir namizədi olacağını artıq təsdiqləyib.
Beləliklə, söhbət Vuçiçin siyasətdən gedişindən deyil, 2014-2017-ci illərdə rəhbərlik etdiyi hökumətin başçısı postuna idarəetmə dəyişikliyi yolu ilə qayıdışından gedir.
İzmedia.az

Loading

Bu xəbəri paylaş
Şərh edilməmiş