İranın xarici işlər naziri Abbas Əraqçi Fransa kimi ölkələrin dünyaya “insan hüquqları” və beynəlxalq hüquq mövzusunda mühazirə oxumağı dayandırmalı olduğunu bildirib.
Nazir Qərb dövlətlərinin yürütdüyü siyasəti kəskin tənqid edərək vurğulayıb: “Bu, açıq-aşkar və utancverici ikiüzlülükdür. İsrailin Qəzzada törətdiyi soyqırımına verdiyiniz dəstək və İrana qarşı nümayiş etdirdiyiniz təcavüz, bəhs etdiyiniz bütün mənəvi prinsipləri məhv edib”.
İzmedia.az
![]()

