Rusiya Ukraynanın logistika və ərzaq infrastrukturlarını hədəf alır: Kiyevdə kütləvi qıtlıq təhlükəsi

1 Min Read
Avqust və sentyabr aylarında Rusiya ordusunun endirdiyi zərbələr nəticəsində Ukraynanın əsas supermarket şəbəkələrinin (“Silpo”, “ATB”, “Novus”, “Fora”) anbarları və logistika mərkəzləri ciddi zədələnib və ya tamamilə dağıdılıb. Ukraynanın aqrar siyasət və ərzaq naziri Taras Vısotski “The Guardian” nəşrinə bildirib ki, bu hücum dalğası genişmiqyaslı müharibə başlayan gündən bəri ən böyük zərbə olub. Hücumlar zamanı həmçinin dərman anbarları, o cümlədən Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) ehtiyatları da zərər görüb.
Kiyevdəki son zərbələr supermarket rəflərinin boşalmasına və ərzaq qiymətlərinin bahalaşmasına gətirib çıxarıb. “Bureau Wine” şirkətinin həmtəsisçisi Dmitri Krımski qiymət artımının qıtlıqdan daha çox logistika zəncirinin yenidən qurulması xərcləri ilə bağlı olduğunu bildirib. Şirkətin Kiyev yaxınlığındakı anbarına dəyən ziyan 4 milyon avro həcmində qiymətləndirilir.
Qərb kəşfiyyatı və NATO rəsmilərinin məlumatına görə, Kremlin məqsədi qış aylarında Ukrayna mülki əhalisini qida və istilikdən məhrum edərək ölkədə kütləvi narazılıq dalğası yaratmaq və Kiyevi güzəştlərə məcbur etməkdir.
İzmedia.az

Loading

Bu xəbəri paylaş
Şərh edilməmiş