Rusiya Prezidenti Vladimir Putinin mübahisəli Kuril adaları arxipelaqına daxil olan İturup adasına ilk şəxsi səfəri Rusiya və Yaponiya arasında diplomatik gərginliyi pik həddə çatdırıb. Səfərlə əlaqədar Rusiyanın Tokiodakı səfiri Nikolay Nozdrev Yaponiya Xarici İşlər Nazirliyinə çağırılıb.
BBC-nin məlumatına görə, Yaponiyanın xarici iş lər naziri Toşimitsu Motegi rəsmi Tokionun qəti etirazını bəyan edib: “Etorofu [İturup] da daxil olmaqla, Şimal əraziləri həm tarixən, həm də beynəlxalq hüquqa görə Yaponiyanın ayrılmaz ərazisidir. Yaponiya bu səfərə qəti şəkildə etiraz edir”.
Qeyd edək ki, bu, Rusiya liderinin Kuril adalarına fərdi şəkildə reallaşdırdığı ilk tarixi səfərdir.
İzmedia.az
![]()

