Mərkəzi Asiyanın dörd ölkəsində – Qazaxıstan, Qırğızıstan, Tacikistan və Özbəkistanda genişmiqyaslı elektrik kəsintiləri qeydə alınıb.
Verilən məlumatlara görə, Qırğızıstanın paytaxtı Bişkekin müxtəlif rayonlarında sakinlərin elektrik təchizatındakı ciddi fasilələrlə bağlı şikayətləri başlayıb. Oxşar vəziyyət Qazaxıstanda da müşahid olunub; Almatı şəhərinin dörd rayonunda və Almatı vilayətinin on rayonunda işıqlar sönüb.
Eyni zamanda, Tacikistanın paytaxtı Düşənbədə və ölkənin bir sıra digər bölgələrində elektrik enerjisinin verilimində kəsintilər meydana gəlib. Analoji “blekaut” halı Özbəkistanın da müxtəlif ərazilərində qeydə alınıb.
İzmedia.az
![]()

