ABŞ Prezidenti Donald Tramp Səudiyyə Ərəbistanı, Türkiyə və Pakistan arasında imzalanmış Məkkə Birgə Müdafiə Sazişini yüksək qiymətləndirib. Məlumatı “Truth Social” platformasında paylaşan ABŞ lideri, bu addımın Yaxın Şərq ölkələrinin birləşməsi və özlərini müdafiə etməsi baxımından vacib nümunə olduğunu bildirib.
Donald Tramp bəyanatında ölkə rəhbərlərini təbrik edərək qeyd edib:
“Səudiyyə Ərəbistanı, Türkiyə və Pakistanın bu yaxınlarda Məkkə Birgə Müdafiə Sazişini imzaladığını görməkdən çox məmnunam. Bu, Yaxın Şərqin necə bir araya gəldiyini və ölkələrin nəhayət özlərini daha mənalı şəkildə necə müdafiə edə biləcəklərini göstərir. Adı çəkilən üç millətin böyük liderliyini təbrik edirəm. Bu, böyük, cəsarətli və vacib ilk addımdır.”
Məkkə müqaviləsi avqustun 7-də Pakistanın Baş naziri Şahbaz Şərif, Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd bin Salman Əl Səud və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan tərəfindən imzalanıb.
Sənədin əsas şərtinə görə, imzalayan ölkələrdən birinə edilən hər hansı hücum bütün müttəfiq dövlətlərə qarşı yönəlmiş təcavüz aktı kimi qiymətləndiriləcək.
İzmedia.az
![]()

