NATO Rusiyanın Baltikyanı ölkələrə hücumuna qarşı 3 mərhələli plan hazırlayıb — “Bild”

1 Min Read
Şimali Atlantika Alyansı (NATO) Rusiya qüvvələrinin Estoniya, Latviya və ya Litvaya olası hücumuna qarşı üç mərhələdən ibarət ehtiyat plan hazırlayıb. “Bild” nəşrinin məlumatına görə, əsas məqsəd hücumu dayandırmaq, düşməni zəiflətmək və Rusiya qoşunlarını sərhədə geri itələməkdir.
Plana əsasən, birinci mərhələdə döyüş təyyarələri, raketlər və dronlar vasitəsilə Rusiya raket sistemləri məhv ediləcək. Əsas hədəflərdən biri HHM və raket sistemlərinin cəmləşdiyi Kalininqrad vilayəti olacaq. Həmçinin Rusiya və Belarusla sərhəddə “muxtar zona” yaradılacaq — burada insan resursu əvəzinə sırf dronlar və yerüstü robotlardan istifadə olunacaq.
İkinci mərhələdə NATO xüsusi təyinatlıları Rusiya ərazisindəki aerodromlar, müdafiə zavodları, körpülər və hərbi logistika xətlərinə zərbələr endirəcək.
Üçüncü mərhələdə isə Rusiyaya dron və robotlar göndərmək üçün “hava körpüsü” yaradılaraq hərbi bazalar hədəf alınacaq. Alyans Rusiya ərazisini işğal etmək niyyətində olmadığını, məqsədin yalnız çəkindirmə xarakteri daşıdığını bildirir.
NATO planları gizli saxlamaq niyyətində deyil. Hərbi ekspertlərin fikrincə, çəkindirmə mexanizmi yalnız düşmən hansı cavabla qarşılaşacağını əvvəlcədən bildiyi təqdirdə effektiv işləyir.
İzmedia.az

Loading

Bu xəbəri paylaş
Şərh edilməmiş