Yəməndəki husi üsyançıları Səudiyyə Ərəbistanının Cazan şəhərində yerləşən “Aramco” neft emalı zavoduna hücum ediblər.
“Ahram Online” nəşrinin verdiyi məlumata görə, zavoda zərbələr pilotsuz uçuş aparatları (PUA) vasitəsilə endirilib.
Husi nümayəndələri hücumun Yəmənin Səda və Həcc əyalətləri üzərində hava məkanının pozulmasına cavab olaraq həyata keçirildiyini bildiriblər.
İzmedia.az
![]()

