Çin Xalq Respublikasının Sədri Si Cinpinin sentyabrın sonunda ABŞ-a planlaşdırılan səfəri çərçivəsində BMT Baş Assambleyasında çıxış etməyəcəyi bildirilir.
“Politico” nəşrinin mənbələrinə görə, BMT Baş Assambleyası sentyabrın 22-də Nyu-Yorkda işə başlayacaq. Çin lideri sentyabrın 23-ü axşam saatlarında ABŞ-a gələcək, sentyabrın 24-də isə Ağ Ev tərəfindən rəsmən təsdiqlənmiş cədvələ əsasən Prezident Donald Trampla görüşəcək. Si Cinpinin ölkəni sentyabrın 25-də tərk edəcəyi gözlənilir.
Qeyd olunur ki, diplomatik dairələrdə Si Cinpinin BMT tribunasından istifadə edərək ABŞ-ın İrana qarşı uzunmüddətli hərbi əməliyyatları fonunda Çinin dinc beynəlxalq inkişaf modelini təqdim edəcəyi gözlənilirdi.
Çin lideri sonuncu dəfə BMT Baş Assambleyasında şəxsən 2015-ci ildə, təşkilatın 70 illik yubileyi zamanı çıxış edib. 2021-ci ildə isə pandemiya səbəbindən iclasa videoformatda qatılmışdı.
İzmedia.az
![]()

