Hindistanda məktəbli qıza qarşı kütləvi cinsi təcavüz: 8 nəfər həbs edilib

1 Min Read

Hindistanın Telangana ştatının Medçal-Malkajgiri rayonunda 10-cu sinif şagirdinə kütləvi cinsi təcavüz edilməsi faktı ilə bağlı cinayət işi açılıb. “The Times of India” qəzetinin Alval polis bölməsinə istinadən verdiyi məlumata görə, cinayəti törətməkdə şübhəli bilinən doqquz nəfərdən səkkizi artıq hüquq-mühafizə orqanları tərəfindən saxlanılıb.

Polis idarəsindən bildirilib ki, dəstə üzvləri azyaşlı qızı tanışlarından birinin köməyi ilə aldadaraq aparıblar. Zərərçəkən üç gün ərzində müxtəlif məkanlarda saxlanılaraq cinsi zorakılığa məruz qalıb.

Hadisə ilə bağlı Alval polis bölməsində cinayət işi qaldırılıb. Azadlıqda qalan doqquzuncu şübhəlinin şəxsiyyəti müəyyənləşdirilib və onun yaxalanması istiqamətində əməliyyat-axtarış tədbirləri davam etdirilir.

İzmedia.az

Loading

Bu xəbəri paylaş
Şərh edilməmiş