Avropa Komissiyasının Prezidenti Ursula fon der Leyen Rusiyanın Ukraynada başlatdığı müharibədə məğlubiyyətə uğradığını bəyan edib.
AK rəhbəri bildirib ki, Rusiya cəbhədəki uğursuzluqlarına cavab olaraq mülki əhalini və mülki infrastrukturu hədəf alır. O vurğulayıb ki, Avropa İttifaqı üzv dövlətlər və tərəfdaşlarla birlikdə Ukraynanın raketdən müdafiə imkanlarını gücləndirmək üçün fəal iş aparır.
Ursula fon der Leyen insan itkilərinin qarşısını almaq üçün Ukraynanın hava hücumundan müdafiə sistemləri ilə təmin edilməsinin Aİ üçün ən vacib prioritet olduğunu diqqətə çatdırıb.
İzmedia.az
![]()

