İsrail Livanın cənubunu yenidən atəşə tutub

1 Min Read

İsrail döyüş təyyarələri cümə gecəsi Livanın cənubundakı bir sıra ərazilərə hava zərbələri endirib.
Milli Xəbər Agentliyinin (NNA) məlumatına görə, hücumlar əsasən Əli əl-Taher, əl-Dabşe və Duhat Kfar Reman təpələri arasındakı ərazini, həmçinin Nəbatiyə əl-Fəvqanın şimal ətraflarını hədəf alıb.
Parallel olaraq, İsrail hərbi qüvvələri regionu artilleriya atəşinə tutub. Mərmilərin xüsusilə Əli əl-Tahir təpəsi istiqamətinə düşdüyü bildirilir.
Zərbələr nəticəsində tələfat və ya dağıntılar barədə hələlik rəsmi məlumat verilməyib.
İzmedia.az

Loading

Bu xəbəri paylaş
Şərh edilməmiş