Okean sularının istiləşməsi və dəniz buz sahələrinin kiçilməsi minlərlə balinanı əvvəllər nadir göründükləri Şərqi Qrenlandiya sahillərinə cəlb edib. Qrenlandiya, Danimarka və İslandiya alimlərinin “Frontiers in Marine Science” jurnalında dərc olunan birgə araşdırmasına görə, 2024-cü ilin yayında bölgədə təxminən 6 000 üzgəcli balina, 6 000 minke və 4 000 qozbel balina qeydə alınıb.
Tədqiqatçılar bu kütləvi axını balinaların əsas qidası olan kapelin balıqlarının miqrasiyası ilə əlaqələndirirlər. 2000-ci illərin ortalarından etibarən bu soyuq su balıqları İslandiyanın şimalından Qrenlandiya dənizinə tərəf yerini dəyişib, balinalar da ovlarının arxasınca bölgəyə gəlib. Müşahidələr göstərir ki, 2006-cı ildən əvvəl ərazidə demək olar ki, qozbel balina görünmədiyi halda, 2024-cü ildə 150-dən çox, 2025-ci ilin avqustunda isə tək bir gəmi tərəfindən eyni anda 50-yə yaxın balina qeydə alınıb.
Alimlər xəbərdarlıq edirlər ki, Şərqi Qrenlandiya dəniz ekosistemi köklü şəkildə dəyişir. İsti sevən balina növləri əvvəllər narvallar kimi yalnız Arktika heyvanlarına məxsus olan əraziləri məskunlaşdırır ki, bu da regionun qida zəncirində uzunmüddətli fəsadlara yol aça bilər.
İzmedia.az
![]()

