Çin Zəlzələ Şəbəkələri Mərkəzinin (CENC) məlumatına görə, avqustun 24-də yerli vaxtla saat 08:26-da ölkənin cənub-qərbində yerləşən Siçuan əyalətinin İbin şəhərinin Çanninq qraflığında 4,7 bal gücündə zəlzələ qeydə alınıb.
Yeraltı təkanların episentri 28,33 dərəcə şimal enliyi və 104,98 dərəcə şərq uzunluğu koordinatlarında, ocağı isə yerin 5 kilometr dərinliyində yerləşib. Hadisə nəticəsində dağıntı və ya xəsarət alanlar barədə hələlik rəsmi məlumat daxil olmayıb.
İzmedia.az
![]()

