Rusiya Müdafiə Nazirliyinin açıqlamasına görə, Rusiya Silahlı Qüvvələri Ukraynanın dəniz infrastrukturuna və Ukrayna Silahlı Qüvvələrinin təchizat zəncirinə qarşı dəqiq idarəolunan silahlar və hücum PUA-ları ilə növbəti qrup zərbələri endirib.
Açıklanan məlumata əsasən, Odessa vilayətində yerləşən Yujnı limanı ərazisində aşağıdakı obyektlər zərər görüb:
-
Dəniz tankeri: Ukrayna Silahlı Qüvvələrinin təchizatı üçün yanacaq və sürtkü yağları daşıyan gəmi;
-
Yanacaq anbarı: Yanacaq-sürtkü materialları kompleksinin ərazisində hərbi ehtiyaclar üçün nəzərdə tutulan 5 çən;
-
Logistika terminalı: Hərbi texnikanın saxlanıldığı 10 xüsusi sahə;
-
Liman infrastrukturu: Hərbi təyinatlı yüklərin aşırılması və saxlanılması üçün istifadə olunan obyektlər.
Bundan əlavə, Yujnı limanının enerji təchizatını təmin edən və Odessadan 28 km şimal-qərbdə yerləşən PS-330 “Adjalık” elektrik yarımstansiyasına da zərbə endirildiyi bildirilib.
İzmedia.az
![]()

