Trampın keçmiş xüsusi nümayəndəsi Ukraynada qadınların səfərbər olunmasına çağırır

1 Min Read

ABŞ prezidenti Donald Trampın Ukrayna üzrə keçmiş xüsusi nümayəndəsi Kit Kelloq Ukraynada qadınların səfərbər edilməsi ideyasını dəstəklədiyini açıqlayıb.

Kelloq “Naspravdi MAX”a verdiyi müsahibədə qadınların xidmətini cəmiyyətin müharibədə iştirakının vacib bir hissəsi hesab etdiyini qeyd edib .

Ukrayna mediasının verdiyi məlumata görə, o, ailəsini nümunə göstərərək qızının ABŞ Hərbi Akademiyasını bitirdiyini və Əfqanıstanda döyüşdüyünü, həyat yoldaşının isə paraşütçü olduğunu və Qrenadada döyüş əməliyyatlarında iştirak etdiyini bildirib .

“Düşünürəm ki, qadınların orduya çağırılması lazımdırmı? Cavabım bəlidir. Çünki onlar kişilər qədər yaxşı döyüşürlər. Cəmiyyətin bir hissəsi olaraq qadınların da xidmətə girməsi çox vacibdir. Buna görə də, həm şəxsi, həm də peşəkar baxımdan bununla bağlı heç bir problem görmürəm”, – Kelloq deyib.

Loading

Bu xəbəri paylaş
Şərh edilməmiş