“Kathmandu Post” qəzetinin 28 avqust tarixli xəbərinə görə, Nepalın şimalında Bhotekoşi çayı hövzəsində baş verən dağıdıcı daşqınlar nəticəsində həyatını itirənlərin sayı 475 nəfərə çatıb. Yerli polisin verdiyi məlumata görə, itkin düşmüş yüzlərlə insanın axtarışı davam edir.
“Reuters” agentliyi xəbər verir ki, regionda fəlakətin miqyası yeni subasma təhlükəsi ilə daha da mürəkkəbləşib. Nepal-Çin sərhədində buzlağın çökməsi və torpaq sürüşməsi nəticəsində yaranan təbii su anbarı sahillərini aşmağa başlayıb. Təbii bəndin hər an yarılma riski səbəbindən Çin xilasediciləri axtarış-xilasetmə əməliyyatlarını müvəqqəti dayandıraraq təhlükəsiz zonaya çəkilmək məcburiyyətində qalıblar.
Göldəki suyun həcmi kritik həddi keçərək 2,5 milyon kubmetri aşıb. Çin mütəxəssislərinin xəbərdarlığına əsasən, növbəti üç gün ərzində su anbarına daha 3 milyon kubmetr suyun daxil olacağı və pik axının sentyabrın 1-də baş verəcəyi gözlənilir. Bu situasiya fəlakət bölgəsində ikinci dərəcəli daha böyük daşqın dalğasının yaranması riskini artırır.
İzmedia.az
![]()

