İranın “Tasnim” xəbər agentliyinin hərbi mənbəyə istinadən verdiyi məlumata görə, Vaşinqtonun İrana qarşı endirilən zərbələrin Hörmüz boğazının minalanmasının qarşısını almaq məqsədi taşıması barədə bəyanatları həqiqəti əks etdirmir.
Açıqlamada ABŞ ordusunun İrana qabaqlayıcı zərbələr endirməklə boğazda minagərmə işlərinin qarşısını alması haqqında iddiaları uydurma adlandırılıb.
Hərbi mənbə agentliyə bildirib ki, “Bunlar hamısı fantaziya və uydurmadır. Dünən Hörmüz boğazında baş verən toqquşmaların minaların düzülməsi ilə heç bir əlaqəsi yoxdur”.
İzmedia.az
![]()

